Sosial şəbəkədə biz:

"Zaur dedi ki, 10 min verim Şəbnəmlə efirə çıx"

Müğənni Vəfa Şərifova qalmaqal yaşadığı Şəbnəm Tovuzlu ilə efirə çıxmaq üçün ona pul təklif edildiyini deyib. 


"Günə bax" proqramında qonaq olan sənətçi təklifi aparıcı Zaur Nəbioğlundan aldığını deyib. 


"Zaur mənə dedi ki, 10 min manat verirəm Şəbnəmlə efirə çıx. Razılaşmadım. Bu, əvvəlcədən olan hadisə idi" deyə, Vəfa bildirib.


O, Şəbnəmin "50 min versələr də Vəfa ilə efirə çıxmaram" sözlərinə reaksiya verərək "Yəqin söhbət buradan qaynaqlanıb" sözlərini əlavə edib.


Qeyd edək ki, Şəbnəm "Rəngarəng" verilişinə zəng edərək "50 min, oğlum Əlinin canına 100 min də versəniz onunla efirə çıxmaram" sözlərini deyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol