Sosial şəbəkədə biz:

FHN-in 210 min manatlıq tenderini “CBS-PP” şirkəti uddu

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “CBS-PP” MMC olub.
“CBS-PP” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə 209 min 557 manat 73 qəpik dəyərində xüsusi sifarişli çap məhsulları satacaq.
Tender müsabiqəsinin qalibi olan “CBS-PP” MMC 2 sentyabr 1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.
Qeyd edək ki, “CBS-PP” MMC-nin daha əvvəl də qalib olduğu 10 tender müsabiqəsinin 9-u Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqəsi olub. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol