Sosial şəbəkədə biz:

Prezident israilli naziri qəbul etdi

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.
Miri Reqev İsrail Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırın.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol