Sosial şəbəkədə biz:

Novella Cəfəroğlunun pensiyası ilə bağlı məsələ həll edildi: "Məbləği açıqlamaq istəmirəm, əlimdən alarlar..."

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verməsindən danışıb.

O, Pravda.az-a açıqlamasında deyib ki, məsələ həll edilib.

“Pensiyaya görə problem yaranmışdı, həll edildi. Mən çox vergi vermişdim, onlar isə bunu pensiyamın üzərinə gəlməmişdilər. Araşdırdıq, məbləği pensiyamın üzərinə əlavə etdilər, indi normal pensiya alıram. DSMF ilə heç bir problemim yoxdur”, - o bildirib.

N.Cəfəroğlu nə qədər pensiya alması barədə rəqəm açıqlamaq istəməyib: “Açıqlamaq istəmirəm, əlimdən alarlar...” 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol