Sosial şəbəkədə biz:

İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlının diplomat olduğu bildirilir

İstanbulda Azərbaycan əsilli M.G.Ş. adlı şəxsdən 70 kq qızıl götürüldüyü iddia edilir.
Türkiyə mediasının yaydığı məlumata görə, İstanbul Prokurorluğunun təlimatı əsasında Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi Sarıyer adlanan ərazisində yerləşən bir alış-veriş mərkəzinin qarşısında şübhəli şəxs saxlayıblar. Taksidə olarkən saxlanılan şəxsin üzərindən 70 kiloluq qızıl aşkarlanıb.

Azərbaycan əsilli şəxsin özünü diplomat kimi təqdim etdiyi bildirilir.

Həmin şəxsin adı açıqlanmasa da, Azərbaycan hökumətinə bağlı media qurumu – APA həmin şəxsin diplomat olmadığını yazıb.

Agentlik mənbə göstərmədən yazıb ki, həmin şəxs Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.

“Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb”, – məlumatda deyilir.

Bir neçə gün öncə Türkiyədə üç millət vəkilinin adı qızıl qaçaqmalçılığında hallandırıldı. Bundan sonra İsparta millət vəkili Həsən Bəsri Sönməz, Bolu millət vəkili İsmayıl Akgül və Kilis millət vəkili Mustafa Dəmirin təmsil olunduqları MHP-dən istefa verdikləri bildirildi. Türkiyə mediasının yazdığına görə, toxunulmazlıqları olduğundan deputatlarla bağlı istintaq aparılmayıb. Ancaq bu məsələni “Halk TV”də yayımlanan “Rota” proqramında müzakirə edən jurnalistlər Fatih Altaylı və İsmail Saymaz barəsində “ictimaiyyəti çaşdıran məlumat yaymaq” ittihamı ilə istintaq başlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol