Şəhid Nurəddin Mirzəzadənin ikinci anım mərasimi qeyd edilib – FOTOLAR (VİDEO)
Bu gün sıravi əsgər Nurəddin Mirzəzadənin şəhid olmasından iki il ötür. Mirzəzadə Nurəddin Burhan oğlu 2022-ci ilin noyabrın 25-də Kəlbəcər rayonunun Zar kəndində xidməti vəzifəsini yerinə yetirərkən 19 yaşında şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anım günündə onun yaxınları, doğmaları, şəhid ailələri, oxuduğu 104 saylı tam orta məktəbin şagirdləri, müəllimləri, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri və digərləri iştirak edirdilər. Şəhidi yad etməyə gələnlər onun Zığ qəsəbəsi Dədə Qorqud Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Anım mərasimində 104 saylı məktəbin şəhidin adına olan sinifin şagirdləri şəhidimizi yad etməklə bərabər, Nurəddin Mirzəzadəyə ithaf olunan şerlər səsləndirdilər.
Daha sonra şəhid üçün Zığ qəsəbəsində yerləşən “NUR” Mərasim Evində ehsan mərasimi verildi. Mərasim başlamazdan əvvəl şəhidlər bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın dövlət himni səsləndirildi, şəhidin ruhuna yasin oxundu.














