Sosial şəbəkədə biz:

AFFA rəsmisi növbəti dəfə UEFA-dan təyinat alıb

26 November 2024, 09:24
Gündəm

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti dəfə təyinat alıb.

Azinforum.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, o, UEFA Konfrans Liqasının IV turu çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.