Sosial şəbəkədə biz:

Blinken: “Ukrayna tək özü üçün deyil, həm də bizim üçün vuruşur”

ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, G7 və onun tərəfdaşları Ukraynanı Rusiyaya qarşı 2025-ci il ərzində  mübarizə aparmasına yardım edəcəklər.

Blinken bunu İtaliyada G7 xarici işlər nazirləri ilə görüşdən sonra deyib.

Diplomat ABŞ-nin Ukraynanın şərqində müdafiəsini gücləndirmək üçün təhlükəsizlik yardımını artırmağa davam etdiyini vurğulayıb.

O həmçinin bildirib ki, Rusiyanın Ukrayna ilə müharibədə Şimali Koreya qoşunlarını yerləşdirməsi G7 üçün ciddi narahatlıq doğurur.

“Bir çox ölkələrin Ukraynanın müdafiəsinə cəlb olunmasının səbəbi Rusiyanın həyata keçirdiyi təcavüzün təkcə Ukraynaya qarşı yönəlməməsidir. Reallıq budur ki, Ukrayna tək özü üçün deyil, həm də bizim üçün vuruşur. Bu, beynəlxalq sistemin əsasını təşkil edən və sülh və sabitliyin qorunması üçün vacib olan prinsiplərə qarşı təcavüzdür”, – Blinken əlavə edib.

Noyabrın 26-da Ukrayna-NATO Şurasının səfirlər səviyyəsində keçirilən iclasında tərəflər ötən həftə Rusiyanın Dnepr boyunca eksperimental orta mənzilli ballistik raket buraxmasını müzakirə ediblər.

Bu yaxınlarda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib ki, Ukrayna Rusiya ərazisinə “ATACMS” uzaqmənzilli raketləri ilə hücum etmək üçün icazə alıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol