Sosial şəbəkədə biz:

Netanyahu : "Livanda atəşkəs uğursuz olarsa, İsrail müharibəyə hazırdır"

29 November 2024, 00:14
Gündəm

İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (IDF) Livanda atəşkəsin uğursuz olacağı təqdirdə dövlətinin başlayacağı tammiqyaslı müharibəyə hazır olmağı əmr edib.

O, bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.

“Mən İsrail ordusuna atəşkəsin pozulacağı təqdirdə Livanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim, əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.