Sosial şəbəkədə biz:

Bu ölkədə Priqojin və Utkinin heykəli ucaldılıb

05 December 2024, 00:38
Gündəm

Mərkəzi Afrika Respublikasında Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin (PMC) qurucusu Yevgeni Priqojinin abidəsinin açılışı olub.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, paytaxt Banqidə ötən il təyyarə qəzasında həlak olan Priqojin və onun sağ əli Dmitri Utkinin heykəli ucaldılıb.
Priqojin əlində AK-47 avtomatı olan həmkarının yanında gülləkeçirməz geyimdə təsvir edilib.
Açılış mərasimində Mərkəzi Afrika Respublikasının müdafiə naziri Rameau Klod Büro və yüksək rütbəli hərbçilər iştirak ediblər.