Sosial şəbəkədə biz:

“Qəzetlər də yazdı ki, Rüstəm Behrudi nazirliyi 100 dollara dəyişdi” - VİDEO

Şair Rüstəm Behrudi Əbülfəz Elçibəyin prezident olduğu dövrddə mədəniyyət naziri olmaqdan imtinası barədə danışıb.

Bu barədə o, RTV-də yayımlanan “Qaranlıqda Həqiqət” layihəsində söz açıb:

“Rəhmətlik Elçibəyin özünə də izah etdim, dedim ki, gündə bir insan gələcək, onları gözləyəcəyəm? Məcburam qarşılamağa...

Birincisi, bu işi bacarmaram, ikincisi, mənlik deyil. Azad insanam. Hətta zarafat etdim. Ədalət Tahirzadə isə kitabında yazıb ki, Rüstəm Behrudi Əbülfəz Elçibəydən pul istədi. Amma anlamır ki, qardaşlarım o dövrdə Bakının ən məşhur biznesmenləri idi.  Azərbaycana ərzaq gətirirdilər. 100 dollara ehtiyacım yoxudu.

Guya Elçibəyə demişəm, onun əvəzinə 100 dollar ver. Əslində, demişdim ki, həftədə 100 manat pul lazım olur, dostlarla araq, "vodka" içməyə. Qəzetlər də yazdı ki, Rüstəm Behrudi nazirliyi 100 dollara dəyişdi”.

https://www.youtube.com/embed/0d0pm07fJXk


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol