Sosial şəbəkədə biz:

Bəşər Əsədə Rusiyada dövlət mühafizəsi ayrılıb?

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Lent.az xəbər verir ki, Narışkin bildirib ki, o, Yaxın Şərq ölkəsinin keçmiş prezidentinin Rusiyada olarkən dövlət təhlükəsizliyi ilə təmin olunub-olunmadığını bilmir.

Dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və "Həyat Təhrir əl-Şam" yaraqlılarının Dəməşqə daxil olub prezident sarayının zəbt edilməsindən sonra baş verib. Hazırda Əsəd ailəsi ilə birlikdə Moskvadadır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol