Sosial şəbəkədə biz:

Təhsil Nazirliyi: Təfəkkür Universitetinin 300-ə yaxın tələbəsi digər ali məktəblərə köçürülüb

22 September 2017, 13:42
Gündəm
Ötən 5 gün ərzində Təfəkkür Universitetinin daha 100-ə yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Təhsil Nazirliyindən SalamNews-a bildirilib ki, bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır. Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır.