Sosial şəbəkədə biz:

Kayerasını ölkəmizdə davam etdirən braziliyalı gözəl: “Peşman deyiləm, heyranam”

“Azərbaycana heyran oldum”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Gəncə” komandasının braziliyalı oyunçusu Karoline Perotto deyib.

O, ölkəmizdə oynamağa qərar verdiyi üçün xoşbəxt olduğunu bildirib:

“Çox gözəl ölkəniz var. Bura gəldiyim üçün peşman deyiləm.

Azərbaycandakı tarixi yerləri xoşlayıram. Xüsusilə də dağlarınız möhtəşəmdir.

İnsanlarınız mehriban və qonaqpərvərdirlər. Sadəcə, ünsiyyət qurmaqda çətinlik çəkirəm. Çünki bəziləri ingilis dilində rahat danışa bilmirlər”.

Voleybolçu ölkə çempionatındakı məqsədlərindən söz açıb:

“Hədəfimiz çempion olmaqdır. Bunu bacaracaq gücə sahib olduğumuzu düşünürəm.

Mövsümün əvvəlində Azərbaycan Kubokunu qazanmağa çox yaxın idik. Həmin yarışda yaxşı oyunlarımız oldu.

Təəssüf ki, finalda “Abşeron”a məğlub olduq. Daha uğurlu ola bilərik”.

“Gəncə” komandası 4 turdan sonra topladığı 7 xalla 3-cü pillədə qərarlaşıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol