Sosial şəbəkədə biz:

Müharibədə ölən ermənilərin meyitləri hələ də morqdadır

“Bu gün morqda meyitlərin olmasına baxmayaraq, onların şəxsiyyəti müəyyən edildikdən sonra da onları götürmürlər. İnanmadıqları üçün meyitlərin götürülməməsinin günahkarı kimdir?”

Bunu Parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının və 44 günlük müharibənin şərtlərini araşdıran İstintaq Komissiyasının sədri Andranik Köçəryan bildirib.

“Düşünürəm ki, bizi çətin görüş gözləyir, lakin bu, qaçılmazdır. Görüş (itkin düşmüş və həlak olan hərbçilərin yaxınları ilə - red.) qapalı olacaq”, - deyə deputat qeyd edib.

O əlavə edib ki, bu qapalı iclasda yüksək vəzifəli şəxslərin - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorundan, xarici işlər nazirindən tutmuş baş prokurora kimi iştirakını təmin etməyə çalışacaq.

Köçəryan görüşün fevral ayına qədər keçirilməli olduğunu açıqlayıb.

https://www.youtube.com/embed/osSFnB92F9A

Cebheinfo.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol