Sosial şəbəkədə biz:

Rəsmiyyə Əliyeva: "Hökumənin əlindən tutub təyyarəyə aparmışam"

05 January 2025, 10:07
Gündəm

Aktau yaxınlığında təyyarə qəzasında həlak olmuş Milli Qəhrəman Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndində yas mərasimi keçirilib.

Təyyarə bələdçisi H.Əliyevanın yas mərasiminin 7-ci günündə iştirak edənlər arasında onun keçmiş həmkarları da olublar.

Onlardan biri Rəsmiyyə Əliyeva H.Əliyeva barədə xatirələrini bölüşüb. AZAL-ın əməkdaşı deyib: "Hökumə AZAL-a gələndə mən onun əlindən tutub təyyarəyə aparmışam. Təyyarə ilə tanış etmişəm. Qəza xəbərini eşidəndə çox məyus olduq".

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/908ERcCfIuI