Sosial şəbəkədə biz:

“Milan”dan “Fənərbaxça”ya rədd cavabı

Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” heyətini gücləndirməyi planlaşdırır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Milan” “sarı-lacivərdlilər”in Straxinya Pavloviç üçün 18 milyon avroluq təklifini rədd edib.

“Rassonyerilər” Türkiyə təmsilçisinə oyunçu üçün bu məbləğin az olduğunu bildirib.

Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi ötən il İtaliya klubuna “Salzburq”dan 18 milyon avroya cəlb edilib.

Qeyd edək ki, serbiyalı futbolçu bu mövsüm A Seriyası təmsilçinin heyətində çıxış etdiyi 14 rəsmi matçda 1 qol ilə yadda qalıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol