Sosial şəbəkədə biz:

5 ölkə birdən Ermənistandan UNESCO-ya şikayət etdi - LAVAŞA GÖRƏ

09 July 2016, 10:34
Gündəm
Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan və İran lavaşla bağlı UNESCO-ya birlikdə etiraz müraciəti ediblər. Bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-nə qədər Efiopiyada UNESCO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək. BMT-nin bu qurumu lavaşı "Erməni çörəyi" kimi qeydiyyatdan keçirib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və İranın birgə müraciətində bunun ermənilərə aidiyyəti olmadığı vurğulanıb. Xəbərə əsasən, bu ilk belə müraciət deyil.