Sosial şəbəkədə biz:

Bələdiyyə seçkiləri başladı - 16 min 92 namizəd mübarizə aparır

29 January 2025, 09:14
Gündəm

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Belə ki, saat 8.00-dan seçki məntəqələri səsvermə üçün açılıb.

Səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.