Sosial şəbəkədə biz:

Berbok: “Trampın qərarı Putini sevindirəcək”

Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin dayandırılması Rusiya prezidenti Vladimir Putinə sevinc bəxş edəcək.

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə (BMC) qarşı sanksiyalarına münasibət bildirən Almaniyanın Xarici İşlər naziri Annalena Berbok belə deyib.

“Əgər BCM indi öz işini davam etdirə bilməsə, bu, Putin üçün ən böyük sevinclərdən biri olacaq. Beynəlxalq hüquqa və BCM-ə dəstək təhlükəsizlik sahəsində bizim ən yüksək prioritetimizdir”, - Almaniya XİN-in press-relizində Annalena Berbokun bəyanatından sitat gətrilir.

Almaniya XİN-nin ABŞ-nin BCM-ə qarşı sanksiyalarla bağlı bəyanatını nəzərə aldığı və Berlinin məhkəməyə dəstək verəcəyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtona və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı hərəkətlərinə görə BCM-yə qarşı sanksiyalar tətbiq edilməsi barədə fərman imzalayıb.

AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol