Sosial şəbəkədə biz:

Mask “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanmasını tələb etdi

10 February 2025, 00:17
Gündəm

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, “Azadlıq” və “Amerikanın səsi” radioları bağlanmalıdır.

Məşhur milyarder bunu öz X hesabında yazıb.

Maskın sözlərinə görə, hər iki radionun populyarlığı aşağıdır və onların fəaliyyətini davam etdirmək üçün ildə təxminən 1 milyard dollar xərclənir.
Onun sözlərinə görə, artıq bu stansiyalarla heç kim maraqlanmır.

Mask vurğulayıb ki, bu radiostansiyaların illik texniki xidməti Amerika vergi ödəyicilərindən yığılan 1 milyard dollara başa gəlir. O, stansiyaları onun "dəli radikal solçular" adlandırdığı şəxslər tərəfindən idarə edildiyinə əmindir: “Bəli, onları bağlayın. Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır”.