Sosial şəbəkədə biz:

“Adana Dəmirspor” “Qalatasaray”la oyundan imtina etdi

Türkiyə Super Liqasında maraqlı hadisə baş verib.
XXIII tur çərçivəsində “Qalatasaray”la baş tutan görüşdə “Adana Dəmirspor” meydandan çəkilib.
Belə ki, görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.
Bununla da görüş təxirə salınıb.
Oyunun taleyi ilə bağlı Türkiyə Futbol Federasiyası qərar verəcək.
Qeyd edək ki, görüşdə meydan sahibləri 1:0 hesabı ilə öndə olublar. Yeganə qolu 12-ci dəqiqədə Alvaro Morata penaltidən vurub. Penalti təyin olunan epizod isə sosial şəbəkəlrədə müzakirələrə səbəb olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol