Sosial şəbəkədə biz:

Şahmat üzrə yarımfinalın ilk oyunları keçirildi

11 February 2025, 00:41
Gündəm

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərova qalib gəlib.

Teymur Rəcəbov isə Rauf Məmmədovla heç-heçəyə razılaşıb.

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər
Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov 1:0

Rauf Məmmədov - Teymur Rəcəbov 0,5:0,5

Qadınlar
Günay Məmmədzadə - Gülnar Məmmədova 0:1

Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva 0,5:0,5

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.