Sosial şəbəkədə biz:

BP-də işləyən azərbaycanlıların sayı açıqlandı

14 February 2025, 09:19
Gündəm

BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 413 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin ötən ilin yekunları üzrə hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, “BP-Azərbaycan”ın 2023-cü il üçün açıqladığı hesabatda deyilirdi ki, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 353  nəfər olub. Bu isə o deməkdir ki, son bir ildə BP şirkətində işləyən  Azərbaycan vətəndaşlarının sayı 60 nəfər artıb.