Sosial şəbəkədə biz:

“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib - FOTOLAR

“Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.


Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.


Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.


Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.


Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.

Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol