Sosial şəbəkədə biz:

Azərbaycan vətəndaşlarının böyrəyini satırmış şəxs Polşada həbs olundu

56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.

Bu haqda Polşanın Przemışl şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Polşa sərhədçiləri insan orqanlarının alveri ilə məşğul olan cinayətkar qrupun üzvü, 35 yaşlı Ukrayna vətəndaşını saxlayıb. Qazaxıstanda qadına qiyabi olaraq 12 il həbs cəzası verilib. 

Qadın martın 6-da İnterpolun sorğusu əsasında Polşa ilə Ukrayna arasında dəmir yolu keçidində saxlanılıb. Saxlanılan şəxs 2020-ci ilin noyabr ayından axtarışda olub. Qazaxıstan xüsusi xidmət orqanlarının məlumatına görə, qadın 2017-2019-cu illərdə cinayətkarlıqla məşğul olub. Onun qurbanları arasında Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailand vətəndaşları olub.

Dindirmədən sonra prokurorluq rayon məhkəməsinə həbs edilən şəxsin sonradan ekstradisiyası üçün 7 sutka müddətinə həbs edilməsi barədə vəsatət qaldırıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol