Sosial şəbəkədə biz:

Dövlət Turizm Agentliyində yoxlamalar başladı

15 March 2025, 01:28
Gündəm

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır. Artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından da APA-nın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 2024-cü il dekabrın 6-dakı kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və "Hesablama Palatası haqqında” qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.