Sosial şəbəkədə biz:

Keçmiş icra başçısına yeni vəzifə verildi

13 July 2016, 10:00
Gündəm
Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub. “ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib. M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq. Qeyd edək ki, M.Ağayev 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.