Sosial şəbəkədə biz:

Mübariz İbrahimov haqda film çəkəcəkdi, olmadı... - FOTO

Türkiyənin məşhur rejissoru və prodüseri Osman Sınavın vəfat etməsi Azərbaycanda da üzüntü ilə qarşılanıb.

Modern.az-ın məlumatına görə, Əməkdar incəsənət xadimi, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov Osman Sınavla bağlı təəssüfünü belə ifadə edib: Osman Sınavın xəbəri çox üzücü oldu. Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında film çəkmək istəyirdi. Deyirdi, müasir dövrün Türk qəhrəmanının adına layiq film çəkilməlidir. Ona çoxlu material göndərdim. Xəstəlik aman vermədi. Doğmalarına və bütün Osman sevənlərə dərin hüznlə başsağlığı verirəm!”.

Xatırladaq ki, "Deli Yürek", "Ekmek Teknesi", "Kurtlar Vadisi", "Sakarya Fırat" kimi film və serialların rejissoru olmuş Osman Sınav dünən 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol