Sosial şəbəkədə biz:

Azərbaycan millisi Belarusa da uduzdu

26 March 2025, 00:04
Gündəm

Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirib.

Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gəlib.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşü olub. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.

Belarus isə sonuncu yoldaşlıq görüşünü martın 21-də səfərdə Tacikistana qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb.

Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxıb.

Yoxlama oyunu

25 mart

21:45. Azərbaycan - Belarus - 0:2

Qollar: Pavel Zabelin, 59 (0:1), Nikita Demçenko, 78 (0:2)

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”.