Sosial şəbəkədə biz:

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 16 %-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 103,8 milyon ABŞ dolları təşkil edib.

Azinforum.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % azdır.

Son 1 ildə ABŞ-yə ixracın dəyəri 12,1 % artaraq 10,3 milyon ABŞ dollarına çatıb, ABŞ-dən idxalın dəyəri isə 18,4 % azalaraq 93,5 milyon ABŞ dollarına düşüb.

Hesabat dövründə ABŞ-nin Azərbaycanın ümumi ixracında payı 0,2 %, ümumi idxalında payı isə 2,3 % olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol