Sosial şəbəkədə biz:

Bakıda tənha qadının evi ələ keçirilib - VİDEO

Bakıda 67 yaşlı qadın dələduzların qurbanı olduğunu iddia edir.

Bakı sakini Rüfayət Meybulla qızı Fituhi 8 il əvvəl yaşadığı evi satıb, amma iddia edir ki, onu aldadaraq pulunu verməyiblər.

Qadın bildirir ki, alqı-satqı müqaviləsinə imza atdıqdan sonra pul vəd edildiyi kimi bank hesabına köçürülməyib. Beləliklə, o, rieltorlar - Adil Nadir oğlu Qasımov, Kəmalə Adil qızı Süleymanova və Azər adlı şəxs tərəfindən aldadıldığını iddia edir.

O vaxtdan kirayədə qalan qadın sonradan kirayə pulunu ödəməyə imkanı olmadığından küçələrdə gecələyib. Ötən gecə küçədə qalan yaşlı qadın polis tərəfindən sığınacağa yerləşdirilib.

Onun sözlərinə görə, evini satmaq üçün üz tutduğu vasitəçilər onu aldadıblar.

Evin alıcısının qonşusu olduğunu, əmlakçının da birini əvvəldən tanıdığını deyən Rüfayət həmin şəxsin pulu ödəmədiyini, onu aldatdığını deyir.

Qeyd edək ki, alqı-satqının üzərindən xeyli müddət keçdiyinə görə, şikayətçi həmin şəxsləri tapa bilmədiyini, evinin isə artıq yaşayış ünvanı olmadığını deyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ diqqət mərkəzindədir və araşdırmalar aparılır.

https://www.youtube.com/embed/xAMHWXIgu5Q


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol