Sosial şəbəkədə biz:

Hamı məktəbli Nübardan danışır - VİDEO

Naxçıvana gələn almaniyalı turistin 12 yaşlı Nübar Tağıyeva tərəfindən ingilis dilində məlumatlandırılması son günlər sosial şəbəkələrdə maraqla paylaşılır.

Videoda məktəbli qız turistə Naxçıvanın rəmzi sayılan İlandağ (Haçadağ) haqqında geniş məlumat verir.

Nübar deyir ki, almaniyalı turisti məlumatlandırması gələn qonağın da marağına səbəb olub.

Nübar ingilis dilini Naxçıvan Dövlət Universitetinin nəznində fəaliyyət göstərən beynəlxalq Məktəbdə öyrənir və gələcək üçün böyük məqsədləri var.

Nübarın kiçik bacısı da ingilis dilini yaxşı şəkildə öyrənib. Ən böyük dəstəkçiləri isə anaları Səhnə Tağıyevadır.

Qeyd edək ki, Nübarın ingilis dilində sərbəst danışması, turistə böyük həvəslə cavab verməsi sosial şəbəkələrdə izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb.

https://newstube.az/embed/179983


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol