Sosial şəbəkədə biz:

“Elə bil burada müharibə gedir” - ŞİKAYƏT

Abşeron rayonu, Masazır qəsəbəsində sakinlər heyvan qanının kanalizasiya suyuna qarışaraq küçəyə axdığını iddia edirlər.

Şakinlərin bildirdiyinə görə, bu problem yeni deyil.

Onların sözlərinə görə, ət kəsimi və digər fəaliyyətlərlə əlaqəli olan bəzi müəssisələr tullantılarını düzgün idarə etmədiyi üçün qəsəbə sakinləri antisanitar şəraitlə üzləşir.  

Sakinlər deyirlər ki, küçələrə yayılan qanlı su təkcə xoşagəlməz görüntü yaratmır, eyni zamanda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Kanalizasiya daşır, nəticədə küçələr keçilməz olur.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirib ki, problemin qısa vaxt ərzində aradan qaldırılmasına başlanılacaq. O da qeyd olunub ki, hazırkı xoşagəlməz vəziyyət araşdırılır. Tezliklə ciddi tədbirlər görüləcək.

https://www.youtube.com/watch?v=s7rEC-yVif8


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol