Sosial şəbəkədə biz:

"Şərurlu İsfəndiyar" həbs edilə bilər: "Məndən 5 milyon manat istədi" - VİDEO

"Şərur MTK”nın iş adamı İsfəndiyar Axundov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Məşhur tikinti maqnatından şikayət edən iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur. O, bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur.

Səməndərovun vəkili Asim Abbasovun sözlərinə görə, Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib.

Məsələ ilə bağlı bağlı Bakupost.az -a açıqlama verən İsfəndiyar Axundov həqiqəti dediyini bildirib.

Amma vəkil Asim Abbasov hesab edir ki, İsfəndiyar Axundov bu hərəkəti ilə barəsində qanunu qüvvəyə minmiş hökm olmayan şəxsin şərəf və ləyaqətini alçaltmış olub. Buna görə də onun barəsində Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində məhkəmə iddiasına aprelin 8-dı Binəqədi Rayon Məhkəməsində baxılacaq.

https://www.youtube.com/embed/w3tXu2OxIx8


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol