Sosial şəbəkədə biz:

"Bunu bir də görməyəcəksiniz" - Zülfiyyə İbadova

"Bəzən lal adamı da dindirirlər. Amma bir də görməyəcəksiniz".

Bu sözləri aşıq Zülfiyyə İbadova "Zaurla Günaydın" verilişində deyib. İfaçı ad çəkmədən həmkarı Telli Borçalı ilə efirdə yaşadığı qalmaqaldan danışıb.

"Ən qorxduğum kiminsə qəlbini qırmaqdır. Həmən üzr isəyirəm. Əgər qəbul etmirsə, deməli, onun adamlıqdan xəbəri yoxdur. Ondan gen gəzirəm" deyə, Zülfiyyə bildirib.

Aparıcı Zaur Baxşəliyevin Telli ilə yaşadığı qalmaqalla bağlı sözlərinə aşıq "O barədə danışmıram" cavabını verib.

Aparıcı daha sonra "Tellini də çox istəyirəm. Sənə ayrı, ona ayrı sevgim var. Siz sənət üçün yarışanda xoş olur. Aşıq və muğam sənətinə davanı, dedi-qodunu yaraşdırmıram. Arxada bunu aydınlaşdırın, camaat bilməsin" sözlərini əlavə edib./Axşam.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol