Sosial şəbəkədə biz:

PSJ ardıcıl 4-cü dəfə Fransa çempionu olub

PSJ ardıcıl dördüncü dəfə Fransa Liqa 1-in qalibi olub.

XXVIII turda öz meydanında "Anje"ni 1:0 hesabı ilə üstələyən Paris klubu çempionluğunu rəsmiləşdirib.

Luis Enrikenin baş məşqçisi olduğu komanda bu qələbə ilə xallarını 74-ə çatdıraraq, vaxtından əvvəl qızıl medalları təmin edib. Paytaxt təmsilçisi mövsümün sonuna 6 tur qalmış ən yaxın izləyicisi "Monako"nu 24 xal qabaqlayır.

Qeyd edək ki, bu, PSJ-nin ümumilikdə 12-ci Fransa çempionluğudur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol