Sosial şəbəkədə biz:

“Ziyanı özümə vurmuşam, cəza versələr də, problem yoxdur” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda yarımfinalın "Araz-Naxçıvan"a qarşı cavab oyununda əcnəbi hakim təyinatını istəyib-istəməməsi barədə sualı cavablandırıb.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XXIX turunda "Zirə" üzərində 1:0 hesablı qələbədən sonra 52 yaşlı mütəxəssis mətbuat konfransında iştirak edib. Q.Qurbanov "Kubokun cavab qarşılaşmasında əcnəbi hakim istəyirsinizmi?" sualına belə cavab verib: "Yox".

Təcrübəli mütəxəssis "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları oyunda planşeti sındırmasına görə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılmamasını belə şərh edib:

"Niyə cəzalandırsınlar ki? O epizodda hakimə etiraz etmirdim. Belə deyək, oyundan kənar bir epizod idi. Ziyanı özümə vurmuşam. Cəza versələr də, problem yoxdur. Haqlıdırlarsa, problem yoxdur".

Xatırladaq ki, "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında AK-nin yarımfinalı üzrə cavab matçı aprelin 23-də baş tutacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol