Sosial şəbəkədə biz:

Goranboyda şizofreniya xəstələrinə dərmanlar verilmir: Səhhətləri ağırlaşıb - VİDEO

Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır ki, dərmanlarını ala bilmirlər.

Goranboy rayon Qazanbulaq qəsəbə sakini Coşqun Ricai anası və qardaşı üçün lazım olan dərmanların TƏBİB tərəfindən 1 ildən artıqdır ki, verilmədiyini iddia edib.

Dediyinə görə, 63 yaşlı anası Taliyə Əliyeva və 42 yaşlı qardaşı Nurlan Ricai 19 ildir ki, şizofreniya xəstəliyindən əziyyət çəkirlər. Dövlət tərəfindən verilən dərmanları qəbul etmədikdə səhhətlərində ciddi problemlər yaşanır. Hər iki şəxs evdə əşyaları sındırır, işıq, qaz sayğaclarına müdaxilə edirlər. Qəsəbə sakini həmin dərmanların xeyli vaxtdır verilmədiyini, əvəzedicilərinin isə onlara kömək etmədiyini bildirir. Bu səbəbdən həm anasının, həm də qardaşının vəziyyəti günbəgün daha da ağırlaşır.

Coşqun Ricai bildirib ki, anası ali təhsilli olub, uzun illər müxtəlif vəzifələrdə çalışıb, qardaşı isə hərbi xidməti başa vurub geri qayıtdıqdan sonra səhhətində narahatlıqlar yaranıb. O bildirib ki, anası və qardaşı hazırda ömürlük 2-ci qrup əlildirlər.

Problemlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ araşdırılır.

https://www.youtube.com/embed/4M5QY5BGw1Q


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol