Sosial şəbəkədə biz:

Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü məlum oldu

Bu ilin yanvar-mart aylarında ölkədə 29 milyard 892,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8% azalıb, qeyri neft-qaz sektorunda isə 2,5% artıb.
ÜDM istehsalının 37%-i sənaye, 10,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 21,6%-i digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,7%-ini təşkil edib. 
Bu ilin yanvar-mart aylarında əhalinin hər nəfərinə düşən ÜDM 2 922,2 manata bərabər olub. Bunun 1 057,5 manatı mart ayında qeydə alınıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə, yəni mart ayında əhalinin hər nəfərinə düşən ÜDM 1 032,4 manat olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol