Sosial şəbəkədə biz:

"QHT işi" üzrə üç nəfər həbs edilib, daha bir neçə şəxs polis nəzarətinə verilib

11 April 2025, 15:56
Gündəm

"QHT işi" üzrə ictimai fəal Asəf Əhmədov və sosial işçi Zamin Zəki ilə yanaşı, Əhməd Məmmədzadə barəsində də Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onunla da bağlı qərarın, digər iki şəxs kimi, aprelin 9-da verildiyi bildirilir.

Bu iş üzrə daha bir neçə şəxs, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun isə polis nəzarətinə verildiyi deyilir.

Bu məlumata, hələlik, Baş Prokurorluğun İstintaq idarəsindən münasibət almaq mümkün olmayıb.