Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov Vüsal Əsgərova vəzifə verdi

12 April 2025, 08:46
Gündəm

Gəncə şəhər 25 nömrəli Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.

Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, mayor Vüsal Əsgərov adıçəkilən qurumun rəisi vəzifəsinə gətirilib.

O, indiyədək həmin qurumda rəis müavini vəzifəsində çalışıb.