Sosial şəbəkədə biz:

AFFA şikayəti təmin etmədi

12 April 2025, 08:52
Gündəm

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

Azinforum.az assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev “Ağdaş”la oyun bitdikdən sonra hakimi təhqir etmişdi. Klub rəsmisi 3 oyun şərti olmaqla 5 matçlıq cəzalanıb, II Liqa təmsilçisi isə 400 AZN məbləğində cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.