Sosial şəbəkədə biz:

Aytac Ağazadə barəsində qiyabi həbs qərarı verildi

“QHT işi” üzrə daha bir nəfər barəsində həbs qərarı çıxarılıb.
QHT təmsilçisi Aytac Ağazadə ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Bildirilib ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılıb:
“Məhkəmənin qərarına əsasən, hazırda ölkədə olmayan A. Ağazadə barəsində 4 aylıq qiyabi həbs qərarı verilib.
Məlumata görə, Aytac Elxan qızı Ağazadə ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur”. APA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol