Qurban Qurbanov AFFA prezidentinin iradına cavab verdi
"İcraiyyə Komitəsinə seçiləndə Rövşən Nəcəf və digər həmkarlarımla söhbətimiz olmuşdu ki, işim asan deyil və vaxtım o qədər olmur ki, daim iştirak edim".
Qol.az xəbər verir ki, bunu "Qarabağ" jklubunun məşqçisi Qurban Qurbanov deyib.
O artıq 4-cü dəfədir ki, AFFA İcraiyyə Komitəsinin (İK) iclasında iştirak etməməməsinə iazhat verib.
Q. Qurbanova xatırladılıb ki, İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə qurumdan kənarlaşdıra bilər.
"Doğrusu, sayını bilmirdim. Heç bir yığıncağa icazəsiz getmədiyim vaxt olmayıb. Həmişə əvvəlcədən bildirmişəm. İndi yadımdan çıxa bilər, amma hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu.
Dünən bildirdim ki, icazənizlə iştirak etməyim. Baxmayaraq ki, çempionatda durumumuz yaxşıdır, işimizi daim ciddiyə alırıq. Ona görə komandanın yanından oyun günü ayrılmaq istəmirəm. Bu, çox nadir hallarda olub. Bir-birimizz anlayaraq iclasda iştirak etməmişəm. Həm o addımı atmaram ki, üzrsüz səbəbdən getməyim ora.
Həm də İcraiyyə Komitəsinə seçiləndə Rövşən Nəcəf və digər həmkarlarımla söhbətimiz olmuşdu ki, işim asan deyil və vaxtım o qədər olmur ki, daim iştirak edim. Amma çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlayırıq".