Sosial şəbəkədə biz:

“Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi” – Video

Xəbər verdiyimiz kimi, aprelin 16-da Ağsu çayının Ağsu rayonundan keçən hissəsində selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.

Hadisə baş verən zaman orada olan işçilər “Xəzər xəbər”ə danışıblar.
“Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar”, - deyə onlardan biri bildirib.
“Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi”, - digəri əlavə edib.
Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, şirkətin iki əməkdaşı çayda yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb və Pərviz Həyatullayev ekskavatorun çalov hissəsində həmin şəxsləri xilas etmək istəyib. Bu vaxt  güclənən sel ekskavatoru aşırıb.
Bildirilir ki, Pərviz Həyatullayevin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər – kömək edən digər şəxs və köməksiz vəziyyətdə qalanlar isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Daha ətraflı:

https://www.youtube.com/embed/Ozq9gNYlz8s


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol