Sosial şəbəkədə biz:

Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 430,5 milyon manat (841,5 milyon dollar) vergi və rüsum daxil olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 39,4 milyon manat azdır.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında gömrükdən dövlət büdcəsinə 1 milyard 469,9 milyon manat (864,6 milyon dollar) daxil olub.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə gömrükdən büdcəyə daxil olan vəsaitlər ümumi ticarət dövriyyəsinə, o cümlədən idxala nisbətdə də azalıb.
Belə ki, ötən ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 9 milyard 696 milyon dollar, idxalın ümumi dəyəri isə 3 milyard 711,6 milyon dollar olub.
Bu isə o deməkdir ki, ötən ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 9%-nə, idxalın isə 23,3%-nə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 12 milyard 49 milyon dollar, idxalın ümumi dəyəri isə 5 milyard 663 milyon dollar olub.
Nəticədə bu ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 7%-ni, idxalın isə 14,8%-ni təşkil edib. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol