Sosial şəbəkədə biz:

"Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər..." - Stiven Uitkoff

ABŞ prezidenti Donald Tramp hərbi müdaxilədənsə diplomatiyaya üstünlük verir.

Bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bəyan edib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin həlli birbaşa danışıqlara keçmədən mümkün deyil: “Əgər onunla (Rusiya prezidenti Vladimir Putin - Qeyd) danışmasaq, həll yoluna necə nail ola bilərik? Bu mümkün deyil. Ona görə də onunla danışmamalı olduğumuz fikrinin özü absurddur”.

Xüsusi elçi bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlar prosesini sürətləndirmək üçün hərbi gücdən istifadə edə bilər, lakin o, bu üsulu “əks-məhsuldar” hesab edir: “Dialoq və diplomatiya münaqişəni uğurla həll etməyin yoludur”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol