Sosial şəbəkədə biz:

“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib?

Bu il ardıcıl olaraq 12-ci dəfə ölkə çempionu adını qazanan “Qarabağ” futbol klubu maliyyə hesabatını açıqlayıb.
“Qarabağ Futbol Klubu” MMC-nin (VÖEN – 9900020601) 2024-cü ildəki xalis zərəri 876,9 min manat olub.
Qeyd edək ki, 2023-cü ildə “Qarabağ Futbol Klubu” MMC 1 milyon 782,3 min manat zərər etdiyini açıqlamışdı.
Ötən il “Qarabağ” klubunun cəmi gəlirləri 34,75 milyon manat təşkil edib və bu, 2023-cü illə müqayisədə 12,7% artım deməkdir.
Klubun bilet satışından əldə etdiyi gəlir 1 milyon 741,9 min manat, sponsorlardan gəlir isə 466,1 min manat olub. Gəlirlərin böyük hissəsini – 28,15 milyon manatı nümayiş hüququndan daxilolmalar təşkil edib.
Əldə olunan gəlirlərin yarıdan çoxu – 20,65 milyon manatı əməkhaqqı və mükafatlara sərf olunub. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol