Sosial şəbəkədə biz:

Türkiyə 15 min təhsil işçisi vəzifəsindən azad edilib

19 July 2016, 20:36
Gündəm
Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb. Moderator.az Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə nazirlik rəsmi açıqlama yayıb. Həmin şəxslər barəsində istintaq başlanıb. Qeyd edək ki, Türkiyədə iyulun 15-də FETÖ/PYD tərəfindən hərbi çevrilişə cəhd olub.